
İlk oyunumuzun başlanma saatı açıqlandı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb. Macarıstanın “Vaşaş” klubu ilə yanvarın 10-u baş tutacaq sınaq matçı Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. “Gloria Golf Club”un stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan komandamız qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21 -
“Kəpəz”lə qollu heç-heçə
A Komanda 4 may 2025, 22:52 -
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54