
“Neftçi” toplanışdakı son məşqinə çıxdı
“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan “ağ-qaralar” bu gün son məşqə çıxıb. Əsasən toplu və taktiki çalışmalara üstünlük verilən məşqlə həm də sabah keçiriləcək “Srvena Zvezda” ilə yoxlama oyununa hazırlıq başa çatıb.
Bakı vaxtı ilə saat 18:00-da “Calista Sport Center”də baş tutacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Oyunun ertəsi günü – yanvarın 20-də isə komandamız Bakıya qayıdacaq.
Qeyd edək ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19