
“Neftçi”nin KİV nümayəndələri üçün açıq məşqi olub
“Neftçi” Premyer Liqanın 29-cu turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. “Zirə” ilə matçın ertəsi günü istirahət edən “ağ-qaralar” aprelin 3-də məşqlərə başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub. Məşqdə əsasən toplu və taktiki çalışmalar icra olunub. Zədəsini sağaltmış Eddi İsrafilov komanda ilə məşqə qoşulub, Ataa Caber isə fərdi məşğul olub.
Qeyd edək ki, aprelin 8-i “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19