
“Neftçi” avrokuboklara vəsiqəni böyükhesablı qələbə ilə rəsmiləşdirdi
“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. Flaqman 29-cu turda “Sumqayıt”a böyük hesabla qalib gəlib – 4:0. “Kapital Bank Arena”da keçirilən matçda qolları Voislav Stankoviç (7-ci dəqiqə), Sezar Meza Kolli (64-cü dəqiqə), İsmayıl Zülfüqarlı (83-cü dəqiqə) və Kilan Lebon (85-ci dəqiqə) vurublar.
Qeyd edək ki, “Neftçi” 29 oyundan 60 xalla turnir cədvəlində 3-cü yeri tutur. Bununla da ən yaxın izləyicisi “Qəbələ”ni 21 xal geridə qoyan “ağ-qaralar” sona 7 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. Belə ki, bu komandalar arasında oyunlardakı göstəricilərə görə “Neftçi” üstün tərəfdir: 2 qələbə, 1 heçə-heçə.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19