
Gənclər Liqasında ardıcıl 6-cı qələbə
18 may 2023, 18:05
“Neftçi” Gənclər Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Komandamız 37-ci turda İCBFA-nı 2:0 hesabı ilə məğlub edib. Abşeron OİK-in stadionunda baş tutan matçda qolları Vüqar Əsgərov və Ömər Qurbanov vurublar. Hesab daha da böyük ola bilərdi, amma 90-cı dəqiqədə İbrahim Piriyevin yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı dəf edib.
Qeyd edək ki, “Neftçi” 33 oyundan 78 xalla 2-ci yeri tutur.
Tövsiyə olunur
-
3 futbolçumuz U-16 milli komandasında
Akademiya 14 iyun 2025, 18:00 -
Akademiyamızda seleksiya məşqləri üçün qeydiyyat bitdi, saatlar dəqiqləşdi
Akademiya 8 iyun 2025, 10:00 -
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 2 iyun 2025, 13:15 -
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33