
Final matçının hazırlığı başa çatdı
2 iyun 2023, 18:58
“Neftçi” Azərbaycan Kubokunun final oyunundan əvvəl son məşqə çıxıb. “Bakcell Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, iyunun 3-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 20:00-da başlanacaq.