
Səfər oyunu öncəsi mətbuat konfransı və açıq məşq
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir bu gün Bakı vaxtı ilə saat 21:30-da Qrbaviça stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 22:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Eyni məkanda bu gün Bakı vaxtı ilə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiçin iştirakı ilə mətbuat konfransı, 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19