
“Jelezniçar”la cavab oyunundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq
UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunundan əvvəl komandamızın baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 2-si saat 18:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 19:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rüstemoviçin iştirakı ilə mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 2-si saat 12:00-dan etibarən 8-ci km stadionunda “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək.
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00