
“Neftçi” növbəti mərhələdə!
“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb. “Ağ-qaralar” Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşıb. 8-ci km stadionunda baş tutan görüşdə flaqman qalib gəlib – 2:0. Qolları 20-ci dəqiqədə Kenni Sayef, 68-ci dəqiqədə isə Eddi İsrafilov vurublar.
Bununla da III təsnifat mərhələsinə vəsiqə qazanan (ilk oyun – 2:2) “Neftçi” bu mərhələdə “Tirana”nı hər iki görüşdə məğlub edən “Beşiktaş”la qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 10-da və 17-də keçiriləcək.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19