
“Beşiktaş”la oyundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” oyunundan əvvəl komandamızın baş məşqçisi Adrian Mutu və futbolçu Filp Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 9-u saat 18:30-dan etibarən “Neftçi Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 20:00-da “Beşiktaş”in baş məşqçisi Şenol Güneş və futbolçu Salih Uçanın iştirakı ilə mətbuat konfransı, 20:30-dan isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 9-u saat 12:00-dan etibarən “Neftçi Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək.
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19