
“Beşiktaş”la cavab matçından əvvəl mətbuat konfransı və açıq məşq olacaq
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 17-si Bakı vaxtı ilə saat 22:00-da Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş” stadionunda keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunundan əvvəl komandamızın baş məşqçisi Adrian Mutu və futbolçu Yuri Matiasın iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir bu gün Bakı vaxtı ilə saat 19:30-da “Beşiktaş” stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 20:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Bu gün Bakı vaxtı ilə saat 19:00-da “Beşiktaş”ın təlim-məşq bazasında İstanbul təmsilçisinin mətbuat konfransı və açıq məşqi olacaq.
Qeyd edək ki, komandamızın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19