
“Neftçi” təlim-məşq toplanışına başlayır
Premyer Liqada yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır. Qəbələ şəhərində təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək. “Ağ-qaralar” “Gabala Garden Hotel”də məskunlaşıb. Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək. “Flaqman” 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.
Tövsiyə olunur
-
“İlk hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik”
A Komanda 22 avqust 2025, 20:18 -
Şamaxıda qolsuz heç-heçə
A Komanda 22 avqust 2025, 19:05 -
Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq
A Komanda 21 avqust 2025, 20:18 -
İki futbolçu əvəzedici komandaya göndərildi
A Komanda 21 avqust 2025, 15:19