
Yüksək Qızlar Liqasının çempionuyuq!
“Neftçi” PFK-nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirib. Baş məşqçisi Siyasət Əsgərov olan komandamız 18-ci turda “İnter” (Xaçmaz) klubu ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə 14:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ölkə çempionu olub.
Beləliklə, qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanan “Neftçi” bununla da Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.
Qeyd edək ki, komandamızın üzvlərindən Aysun Seydiyeva 77 qolla çempionatın ən məhsuldar futbolçusu olub, Günay İsmayılova isə ən yaxşı qapıçı seçilib. Kubok və medalları mükafatçılara “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev və Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova təqdim ediblər.
Tövsiyə olunur
-
3 futbolçumuz U-16 milli komandasında
Akademiya 14 iyun 2025, 18:00 -
Akademiyamızda seleksiya məşqləri üçün qeydiyyat bitdi, saatlar dəqiqləşdi
Akademiya 8 iyun 2025, 10:00 -
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 2 iyun 2025, 13:15 -
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33