
Akademiya komandalarımız üçün seminar keçirilib
Bu gün “Neftçi Arena”da “Neftçi” PFK-nın U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-17 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, koordinatorlar Elşad Əhmədov və Sənan Qurbanovun rəhbərliyi altında təşkil olunan tədbirdə komandalarımızın üzvlərinə oyun qaydaları, danışılmış oyunlara qarşı mübarizə, irqçiliyə qarşı mübarizə və anti dopinq qaydaları haqda məlumat verilib.
Oyun qaydaları ilə bağlı Elşad Əhmədov və akademiyanın məşqçisi Elmir Hüseynov, danışılmış oyunlara qarşı mübarizə mövzusunda klubun təhlükəsizlik üzrə meneceri İlham Nəzərov, irqçiliyə qarşı mübarizə mövzusunda isə marketinq meneceri Ayxan Hacızadə danışıb. Akademiyanın həkimi Namiq Şahvəliyev anti dopinq qaydaları haqda məlumat verib.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09 -
U-17 komandamız Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib
Akademiya 14 fevral 2025, 21:06 -
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
Akademiya 12 fevral 2025, 21:56