
Türkiyə nəhəngləri ilə qarşılaşacağıq
“Neftçi” PFK-nın U-17 komandası fevralın 8-də Türkiyəyə yollanacaq. Baş məşqçi Asif Ramazanovun yetirmələri fevralın 9-dan 15-dək İstanbul şəhərində beynəlxalq yoldaşlıq görüşləri keçirəcək. Ötən mövsüm U-16 Liqasının çempionu olmuş “ağ-qaralar” Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça”nın müvafiq yaş qrupu komandaları ilə qarşılaşacaqlar. Oyunlarımız meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.
“Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09 -
U-17 komandamız Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib
Akademiya 14 fevral 2025, 21:06 -
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
Akademiya 12 fevral 2025, 21:56