
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
30 yanvar 2025, 20:24
Misli Premyer Liqasının 21-ci turunda qarşılaşacağımız “Şamaxı” klubu ilə matçın hazırlığı başa çatıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo son 2 matçda olduğu kimi, bu görüşdə də zədə səbəbindən iştirak etməyəcəklər.
Qeyd edək ki, yanvarın 31-i “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 18:30-da başlanacaq.