
“Futbolçularım ilk dəqiqədən buraya qələbə qazanmaq üçün gəldiklərini göstərdilər”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Zirə” klubu ilə 22-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Futbolçularım ilk dəqiqədən buraya qələbə qazanmaq üçün gəldiklərini göstərdilər. Lakin qol buraxandan sonra mən pərişan oldum. Düşündüm ki, buradan qələbə ilə çıxa bilərdik, bütün enerjimi də buna sərf etmişdim. Bununla belə, köməkçilərimə dedim ki, deməli, qismət belədir. Amma futbolçularım sağ olsunlar – həm Ramilin yaxşı ötürməsi, həm Koffini sona kimi mübarizə aparması... Bu qalibiyyəti qoparıb çıxarmaq mənim üçün çox xoş oldu”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58