
“Qarabağ”la matçın hazırlığı başa çatdı
Komandamız Misli Premyer Liqasının 23-cü turunda qarşılaşacağı “Qarabağ” klubu ilə matçın hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar.
Qeyd edək ki, fevralın 16-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlanacaq.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58