
“Neftçi Arena”da minimal hesablı məğlubiyyət
16 fevral 2025, 20:47
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 23-cü turda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu “Neftçi Arena”da baş tutan matçın 89-cu dəqiqəsində penaltidən Marko Yankoviç vurub.
Qeyd edək ki, “Neftçi” 23 oyundan sonra 24 xalla turnir cədvəlində 6-cı yeri tutur.