
Samir Abasov: “Çox məyusedicidir ki, azarkeşlərimizə qələbə bəxş edə bilmədik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Qarabağ” klubu ilə 23-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Oyuna çox yaxşı başladıq. Çox istəkli idik. Ardıcıl 3 qələbədən sonra əhval-ruhiyyəmiz yaxşı idi. Futbolçuları da bu oyuna hazırlamaq bizim üçün rahat idi. Gözəl ajiotaj da yaranmışdı. Tribunada olan bütün azarkeşlərə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdılar. Biz də bunu görüb oyuna yaxşı başladıq. “Neftçi” uzun müddətdir “Qarabağ”a qarşı belə oynamamışdı. Əfsuslar olsun ki, bir səhv etdik və sonradan meydana daxil olan futbolçularımızla da epizodları qola çevirə bilmədik. Düşünürəm ki, “Qarabağ” 10 nəfərlə qalandan sonra biz bir az arxayınlaşdıq, rəqib bir-iki dəfə əks-hücuma çıxdı və həmişəki kimi bu komanda ilə oyunda etdiyimiz səhvdən sonra qol buraxdıq. Çox məyusedicidir ki, azarkeşlərimizə qələbə bəxş edə bilmədik. Bununla belə, növbəti oyunlara da əzmlə hazırlaşacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00