
Liderdən ardıcıl üçüncü qələbə!
“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. “Ağ-qaralar” 23-cü turda “Qarabağ-2”ni 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna “Neftçi” Futbol Mərkəzində keçirilən matçın 45+2-ci dəqiqəsində Həbib İsmayılov imza atıb.
Qeyd edək ki, “Neftçi-2” 23 turdan sonra 51 xalla turnir cədvəlində 1-ci yeri tutur.