“Neftçi-2” Əvəzedicilər Liqasının gümüş medallarını qazandı

23 may 2025, 20:59

“Neftçi-2” Əvəzedicilər Liqasında mövsümdəki son oyununu keçirib. “Ağ-qaralar” 36-cı turda “Sabah-2” ilə heç-heçə edib – 2:2.

Bununla da mövsümü 69 xalla başa vuraraq, “Sabah-2” ilə eyni xal toplayan “Neftçi-2” qələbə sayının azlığına görə 2-ci yeti tutaraq, gümüş medallar qazanıb.