“Neftçi-2”dən qolsuz heç-heçə

22 fevral 2025, 17:44

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 24-cü turda “Sumqayıt-2” ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda qapılara qol vurulmayıb.

Qeyd edək ki, xal itkisinə baxmayaraq, “Neftçi-2” 24 turdan sonra 52 xalla turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyur.