“Neftçi-2” Gəncədə uduzdu

6 mart 2025, 16:12

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 25-ci turda “Kəpəz-2”yə 1:3 hesabı ilə məğlub olub. Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutan matçda komandamızın qolunu 38-ci dəqiqədə Kamal Kazımov vurub. Rəqibin heyətində Cəlil Allahverdiyev (21-ci dəqiqə), Cavad Kərimov (52-ci dəqiqə) və Turqut Mustafazadə (56-cı dəqiqə) fərqləniblər.

Qeyd edək ki, 52 xala malik olan “Neftçi-2” bu məğlubiyyətdən sonra turnir cədvəlində 2-ci pilləyə enib.