
“Neftçi-2” məğlub olsa da, zirvədəki yerini qorudu
“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 27-ci turda “Səbail-2”yə 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu “ASCO Arena”da baş tutan matçın 24-cü dəqiqəsində Rəvan Abasov vurub.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Neftçi-2” 55 xalla turnir cədvəlinin zirvəsindəki yerini qoruyur.