“Araz-Naxçıvan”la oyunun biletləri satışa çıxarıldı

23 mart 2025, 14:00

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində martın 29-u saat 16:45-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 10 (“Cənub alt” sektoru), 20 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 30 (“VIP Gold”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-araz-naxcivan-pfk-mart/148354

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.