
“Neftçi” – “Kəpəz” matçının biletləri satışda!
Misli Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 4-ü saat 20:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb. Qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
➡️ https://iticket.az/events/sport/neftcipfk-kepez-pfk/154147
“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 13:00-dan etibarən satışda olacaq.