Yarımfinalın ilk oyununda məğlub olduq

2 aprel 2025, 21:34

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsində ilk oyununa çıxıb. “Ağ-qaralar” “Sabah” klubuna 1:2 hesabı ilə məğlub olub. “Neftçi Arena”da baş tutan matçın 11-ci dəqiqəsində Azər Salahlı avtoqol müəllifi olub. Bundan 10 dəqiqə sonra Yuri Matias hesabı bərabərləşdirib. 52-ci dəqiqədə isə rəqib futbolçu Pavol Safranko fərqlənib.

Qeyd edək ki, “Sabah”la cavab oyunumuz aprelin 23-ü saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.