
Komandamız Şamaxıya yollandı
6 aprel 2025, 19:00
Misli Premyer Liqasının 29-cu turunda qarşılaşacağımız “Şamaxı” klubu ilə matçın hazırlığı yekunlaşıb. Bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxan komandamızın üzvləri daha sonra Şamaxıya yollanıblar.
Qeyd edək ki, aprelin 7-də Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu saat 15:30-da başlanacaq.