
Şamaxıda inamlı qələbə!
7 aprel 2025, 18:24
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 29-cu turda “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəlib. Şamaxı şəhər stadionunda baş tutan matçda qolları Ramil Şeydayev (42-ci dəqiqədə – penaltidən) və Filp Ozobiç (89-cu dəqiqə) vurublar.
Qeyd edək ki, “Neftçi” 29 oyundan sonra 35 xalla turnir cədvəlində 6-cı yeri tutur.