
“Zirə” ilə oyunun hazırlığı yekunlaşdı
12 aprel 2025, 18:07
Misli Premyer Liqasının 30-cu turunda qarşılaşacağımız “Zirə” klubu ilə matçın hazırlığı başa çatıb. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqi yerinə yetiriblər.
Futbolçularımız – Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 13-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlanacaq.