
“Qarabağ”la oyunöncəsi son məşq
18 aprel 2025, 18:53
Misli Premyer Liqasının 31-ci turunda qarşılaşacağımız “Qarabağ” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçularımız – Edvin Kuç, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.