
“Neftçi-2” “Qarabağ-2”yə qalib gəldi
“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 31-ci turda “Qarabağ-2”yə qalib gəlib – 3:0. Binə qəsəbə stadionunda baş tutan matçda qolları Cavanşir Şahbazlı (33-cü dəqiqə), Sənan Ağayev (36-cı dəqiqə) və Məhəmməd Məmmədli (46-cı dəqiqə) vurublar.
Qeyd edək ki, “Neftçi-2” 31 oyundan sonra 62 xalla turnir cədvəlində 1-ci yeri tutur.