
Kubok matçımızın hazırlığı başa çatdı
22 aprel 2025, 19:35
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda qarşılaşacağımız “Sabah” klubu ilə matçın hazırlığı başa çatıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçularımız – Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən bu görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 23-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.