
Emil Səfərov əməliyyat olundu
Misli Premyer Liqasının 29-cu turu çərçivəsində aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçın gedişində futbolçumuz Emil Səfərov çiynindən aldığı zədə səbəbindən əvəzlənmişdir.
Məlum olmuşdur ki, futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə, Emil Səfərov Prof. Dr. Burak Kunduracının rəhbərliyi ilə Türkiyənin İstanbul şəhərindəki “Liv Hospital Vadistanbul”da artroskopik əməliyyat olunub.
Qeyd edək ki, əməliyyatı uğurla başa çatan Səfərov iki gündən sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq. Təqribi olaraq üç aydan sonra isə məşqlərə start verəcək.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58