
Kubokda mübarizəni dayandırdıq
23 aprel 2025, 22:02
“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsində cavab matçını keçirib. “Ağ-qaralar” “Bank Respublika Arena”da “Sabah”la heç-heçə edib – 1:1. Komandamızın qolunu Emin Mahmudov (40-cı dəqiqə) vurub. Rəqibin heyətində isə Cesse Sekidika (23-cü dəqiqə) fərqlənib.
Bununla da iki oyunun nəticəsinə görə 2:3 hesabı ilə məğlub olan “Neftçi” mübarizəni dayandırıb.