Sumqayıt səfərində qollu heç-heçə

28 aprel 2025, 22:21

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 32-ci turda “Sumqayıt”la heç-heçə edib – 2:2. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda komandamızın qollarını Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Bobir Abdixolikov (22-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 32 oyundan sonra 36 xalla turnir cədvəlində 6-cı yeri tutur.