
“Kəpəz”lə qollu heç-heçə
4 may 2025, 22:52
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 33-cü turda “Kəpəz”lə heç-heçə edib – 2:2. “Neftçi Arena”da keçirilən matçın 24-cü dəqiqəsində Aleks Fernandes hesabı açsa da, Gəncə təmsilçisi fasilədən sonra iki qol vurmağı bacarıb. Luis Paçu 50-ci, Camal Cəfərov isə 63-cü dəqiqədə fərqlənib. Bununla belə, Emin Mahmudov 90+3-cü dəqiqədə penaltidən fərqlənərək, hesabı bərabərləşdirib.
70-ci dəqiqədə futbolçumuz Elvin Camalov qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandamız oyunu azlıqda davam etdirib.
Qeyd edək ki, “Neftçi” 33 turdan sonra 37 xalla turnir cədvəlində 6-cı yeri tutur.