
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Kəpəz” klubu ilə 33-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Reallıq budur ki, bizim üçün bu mövsüm bitib. Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq. İlk hissədə dominant futbol oynadıq. 10-15 dəfə rəqibin cərimə meydançasında olduq. Bununla belə, epizodları qola çevirə bilmədik. Üstəlik, bunların çoxu rəqibin əks-hücumu ilə bitirdi. Sona 3 tur qalıb. Yenə də futbolçuları kökləyəcəyik, qarşıdakı oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: