
“Neftçi-2”dən inamlı qələbə
“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 33-cü turda “Kəpəz-2”yə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi Arena”da baş tutan matçda qolları Sənan Ağayev (65-ci dəqiqə) və Həbib İsmayılov (72-ci dəqiqə) vurublar.
Qeyd edək ki, “Neftçi-2” 33 oyundan sonra 66 xalla turnir cədvəlində 1-ci yeri tutur.