
Tovuzda qələbə qazandıq!
10 may 2025, 21:34
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 34-cü turda “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tovuz şəhər stadionunda keçirilən matçda komandamızın qollarını Emin Mahmudov (10-cu dəqiqə) və Dembo Darbo (33-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Rəhim Sadıxov (16-cı dəqiqə) fərqlənib.
Qeyd edək ki, “Neftçi” 34 turdan sonra 40 xalla turnir cədvəlində 6-cı yeri tutur.