
Azər Salahlı – 100
22 may 2025, 11:35
Misli Premyer Liqasının 33-cü turu çərçivəsində “Neftçi Arena”da keçirilmiş “Neftçi” – “Kəpəz” matçı futbolçumuz Azər Salahlı üçün əlamətdar olub. Təcrübəli müdafiəçi komandamızın heyətində 100-cü oyununa çıxıb. Bu münasibətlə dünənki məşqdə Salahlıya xatirə hədiyyəsi təqdim olunub.
Azər Salahlı bu oyunlardan 75-ni Azərbaycan çempionatlarında, 17-ni ölkə kuboklarında, 8-ni isə avrokuboklarda keçirib.