Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular

25 may 2025, 13:31

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının ilkin heyəti müəyyənləşib. Mayın 26-da təlim-məşq toplanışına başlayacaq U-21-ə “Neftçi”dən 3 futbolçu – Ağadadaş Salyanski, Murad Məmmədov və Elcan Əbilov dəvət olunub.

Millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Yoldaşlıq görüşləri üçün yekun heyət mayın 31-də açıqlanacaq.