
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
25 may 2025, 13:31
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının ilkin heyəti müəyyənləşib. Mayın 26-da təlim-məşq toplanışına başlayacaq U-21-ə “Neftçi”dən 3 futbolçu – Ağadadaş Salyanski, Murad Məmmədov və Elcan Əbilov dəvət olunub.
Millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Yoldaşlıq görüşləri üçün yekun heyət mayın 31-də açıqlanacaq.
Tövsiyə olunur
-
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58 -
Mövsümü 6-cı yerdə başa vurduq
A Komanda 24 may 2025, 21:32 -
Sonuncu oyunumuza hazırlıq yekunlaşdı
A Komanda 23 may 2025, 19:04 -
Emin və Rza milli komandada!
A Komanda 23 may 2025, 16:32