
İsmayıl Zülfüqarlıya gələcək karyerasında uğurlar arzulayırıq
14 iyul 2025, 15:53
“Neftçi” PFK İsmayıl Zülfüqarlı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. “Neftçi”nin yetirməsi olan gənc futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, A komandada 2019/2020-ci illər mövsümündə debüt etmiş Zülfüqarlı “ağ-qara” formada 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, “Neftçi”də, eyni zamanda Azərbaycan futbolu tarixində avrokuboklarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.