2025-2026 mövsümü alternativ formamız

17 iyul 2025, 14:00

2025/26 mövsümündə “Neftçi”nin üçüncü – alternativ forması həm klubun ənənələrinə olan dərin bağlılığını, həm də yeniliklərə açıq olduğunu nümayiş etdirir. Ənənəvi qara və ağ rənglərin sintezi ilə “Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün tikilən bu dəst zamansız klassikanı müasir dizayn elementləri ilə birləşdirərək zolaqlı formaya yeni baxış gətirir.

“Neftçi”nin əfsanəvi oyunçularının geyindiyi klassik üslub bu dəfə yenilənmiş formada təqdim olunur. Arxa boyun hissəsindəki stilizə edilmiş “1937” nişanı tarixi köklərimizi, ön tərəfdəki diaqonal zolaq isə ötən il yenilənən loqomuzun parçalarını xatırladır.