
Toplanışa heç-heçə ilə başladıq
“Neftçi” Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. “Ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşıb. Byalobjeq şəhərində yerləşən “Mieyski” stadionunda baş tutan və “Neftçi TV” ilə canlı yayımlanan matçda heç-heçə qeydə alınıb – 1:1. Oyunun 1-ci dəqiqəsində Emin Mahmudov hesabı açsa da, 35-ci dəqiqədə rəqib futbolçu Roy Korin penalti zərbəsi ilə bərabərlik qolunu vurub.
Start heyət: 1.Emil Balayev (K), 6.Sessi D’Almeyda, 7.Emil Səfərov, 8.Emin Mahmudov, 9.Bassala Sambu, 15.Elvin Bədəlov, 17.Murad Xaçayev, 22.Luis Ortis, 24.Mustafa Sek, 25.Aleks Fernandes, 70.Andrey Ştoqrin.
Meydana sonradan daxil olanlar: 93.Rza Cəfərov, 4.Elvin Camalov, 14.Edvin Kuç, 19.Ağadadaş Salyanski, 23.Cordan Rezabala, 36.Həsən Mahmudov, 47.Murad Məmmədov, 71.Ohori Ryonosuke, 90.Ramil Şeydayev.
Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində daha 3 oyun keçirəcək. Komandamız iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”
A Komanda 17 iyul 2025, 23:00 -
2025-2026 mövsümü alternativ formamız
A Komanda 17 iyul 2025, 14:00 -
Birlik, qürur və yaddaş – 2025/26 Zəfər forması!
A Komanda 17 iyul 2025, 12:28 -
2025/26 mövsümü ev formamızı təqdim edirik
A Komanda 16 iyul 2025, 22:45