
Polşa toplanışında 5-ci gün
19 iyul 2025, 16:00
“Neftçi”nin Polşa təlim-məşq toplanışı davam edir. Keltse şəhərindəki “Binkovski Hotel”də məskunlaşan komandamızın üzvləri toplanışın 5-ci günündə səhər məşqinə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən hazırlıq prosesində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
İkinci yoxlama oyunumuzun vaxtı dəqiqləşdi
A Komanda 20 iyul 2025, 23:54 -
İlk turda rəqibimiz “Şamaxı” olacaq
A Komanda 18 iyul 2025, 15:23 -
Samir Abasov: “Komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”
A Komanda 17 iyul 2025, 23:00 -
Toplanışa heç-heçə ilə başladıq
A Komanda 17 iyul 2025, 22:33