
“Neftçi” yeni baş məşqçi ilə ilk məşqə çıxdı
“Neftçi” Premyer Liqanın 10-cu turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. “Ağ-qaralar” bu gün yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk məşqə çıxıb. “Neftçi TV” vasitəsilə canlı yayımlanan və “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Müşahidə Şurasının da izlədiyi məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Ötən ay dirsəyindən əməliyyat olunmuş qapıçı Səlahət Ağayev isə artıq fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu noyabrın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31