
“Neftçi Esports” E-Milli Liqanın növbəti mövsümündə mübarizəyə başlayır
“Sport Marketing Group” şirkətinin təşkilatçılığı və AFFA-nın dəstəyi ilə E-Milli Liqanın növbəti mövsümü start götürür. Turnirdə “Neftçi Esports” adı ilə təmsil olunacaq komandamız püşkün nəticəsinə görə, A qrupunda “Zirə”, “Nebula” və “Ərkivan Masallı” ilə mübarizə aparacaq. Heyətində Murad Məmmədzadə, Nadir Həsənov və Kənan Babazadənin olduğu “Neftçi Esports” ilk oyununu aprelin 18-i saat 21:00-da “Nebula”ya qarşı keçirəcək.
Qeyd edək ki, 7 qrupdan ibarət olan turnirdə 28 komanda iştirak edəcək. Qrupda ilk iki yeri tutanlarla yanaşı, ən yaxşı 3-cü olan iki komanda əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələdə turnir Olimpiya sistemi ilə davam edəcək.
Tövsiyə olunur
-
“Neftçi” PFK ilə “Liv Bona Dea Hospital” arasındakı əməkdaşlıqda yeni səhifə!
Klub 10 iyul 2025, 12:00 -
“Kappa” “Neftçi” PFK-nın texniki sponsorudur
Klub 30 iyun 2025, 13:00 -
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür
Klub 26 iyun 2025, 00:40 -
Qadınların Çempionlar Liqasındakı rəqibimiz Türkiyə təmsilçisi oldu
Klub 24 iyun 2025, 15:03